Todorovun xanımı: Prezidentlə münasibətlərim var - FOTO
17.03.2009 - 15:29
Todorovun xanımı: Prezidentlə münasibətlərim var - FOTO
“Həqiqətən də mənim futbol federasiyasının prezidenti ilə münasibətlərim var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan Futbol İttifaqının prezidenti Borislav Mixaylovun katibəsi Yelena Todorova deyib.

25 yaşlı gözəlçə Bolqarıstan yığmasının sabiq qapıçısı olan rəisinin məşuqəsi olması haqda yayılan şayiələrə münasibət bildirib: “Mən futbol ittifaqında çalışıram, Mixaylov isə rəisimdir. Katibə ilə şef arasında mövcud ola bilən halın bizə də aid olduğunu oxuyanda dəli oluram. Öz işini qorumaq üçün tabeçiliyində işlədiyi şəxslə belə şeylər edən tipik katibələrdən deyiləm. Bundan çox uzağam və belə şeylər xoşuma gəlmir. Mənim üçün bir adamın yazdıqlarının əhəmiyyəti yoxdur. Vacib olanı qohumlarımın, insanların mənim haqda düşündükləridir”.

Yelena Bolqarıstanda kifayət qədər tanınan futbolçulardan biri olan Yordan Todorovun həyat yoldaşıdır. Müdafiəçi Sofiya MOİK-inin heyətində üç dəfə ölkə çempionu olub: “Yaranan söz-söhbət ərimdə də narahatçılığa səbəb olub. Bir neçə dəfə onunla oturub bu haqda danışmışıq. Yordan onunla tanışlığımıza qədər federasiyada işlədiyimi yaxşı başa düşür. Axı, bu evliliyə qədər neçə illər katibə kimi çalışsam da, heç kimin yadına düşmürdüm. Amma futbolçu ilə evlənməyimdən sonra jurnalistlər başladılar qəribə şeylər iddia etməyə”.
0