Premyer Liqada 4 oyunun vaxtı dəyişdirilib
17.03.2009 - 15:50
Premyer Liqada 4 oyunun vaxtı dəyişdirilib
Azərbaycan Premyer Liqasının XIX turunun oyunlarının keçirilmə vaxtı və yeri müəyyənləşib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, martın 21-22-də keçiriləcək qarşılaşmalardan dördünün vaxtı dəyişdirilib. Belə ki, yalnız üç görüş əvvəlcədən nəzərdə tutulduğu kimi, saat 15:00-da başlayacaq. Martın 21-də bayram gününə təsadüf edən matçların ikisi – “Xəzər-Lənkəran” – MOİK və “Bakı” – “Bakılı” bir saat gec başlayacaq. Bazar günü vaxtı dəyişdirilən qarşılaşmalarda isə hakimlər daha gec saat 18:00-da start fitini verəcək.

21 mart, şənbə

15:00. "Muğan" - "Neftçi"

Salyan Olimpiya İdman Kompleksinin stadionu

15:00. "Turan" - "İnter"
Tovuz şəhər stadionu

16:00. "Xəzər-Lənkəran" - MOİK
Lənkəran şəhər stadionu

16:00. "Bakı" - "Bakılı"
T.Bəhramov adına Respublika Stadionu

22 mart, bazar

15:00. "Qəbələ" - "Karvan"

Qəbələ şəhər stadionu

18:00. "Simurq" - "Qarabağ"
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu

18:00. "Standard" - "Olimpik"
"Şəfa" stadionu
0