“Simurq”un kapitanı “Yeni Ulduz” müsabiqəsinin qız iştirakçısı ilə birgə
17.03.2009 - 16:26
“Simurq”un kapitanı “Yeni Ulduz” müsabiqəsinin qız iştirakçısı ilə birgə
Zaqatalanın “Simurq” klubunun üzvləri bu gün məktəblilərlə görüşüblər. Apasport.az saytının məlumatına görə, komandanın məşqçi, futbolçu və inzibati heyəti Zaqatala şəhər Nizami Hüseynov adına 2 saylı məktəbdə bir neçə saat balaca azarkeşlərin qonağı olub.

Baş məşqçi Roman Pokora, köməkçisi Vladimir Figel, idman direktoru Zaur Əmrahov, kapitan Mixaylo Starostyak öz çıxışlarında məktəbliləri qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik ediblər. “Simurq”la birgə “Yeni Ulduz-7” müsabiqəsinin iştirakçısı Fizzə Nadirova da məktəblilərin qonağı olub və öz mahnı payı ilə onları təbrik edib. Sonra pərəstişkarları ilə şəkillər çəkdirən balaca azarkeşlərə “Simurq”un adından orijinal toplar və klubun rəmzləri təqdim olunub.

Qeyd edək ki, bu, Zaqatala təmsilçisi tərəfindən görülən ilk belə iş deyil. Bir müddət əvvəl “Simurq”un futbolçu və məşqçi heyəti toplaşaraq, Qaxda yaşayan kimsəsiz uşağın kiçik toy mərasimini keçirmişdi.
0