Rövnəq Abdullayev: “Qara bazar”da totalizator işləyir və gəlir işbazların cibinə axır
17.03.2009 - 16:46
AFFA prezidenti Rövnəq Abdullayev futbol totalizator oyunlarının rəsmiləşdirilməsinin tərəfdarıdır. Apasport.az saytının məlumatına görə, assosiasiya rəhbəri bunu jurnalistlərlə söhbətində bildirib.
“Azərbaycanın hər yerində, xüsusilə Bakıda, Gəncədə, Sumqayıtda və Lənkəranda qeyri-rəsmi futbol totalizatorları geniş fəaliyyətdədir. “Qara bazar”da totalizator işləyir və bu gəlir işbazların cibinə axır. Nəticədə qazanılan pul idmanın, futbolun inkişafına xərclənmir” - deyə Abdullayev vurğulayıb.
Totalizator oyunlarının qanuniləşməsinin vacibliyini söyləyən AFFA prezidenti bundan gələn gəlirin futbolun inkişafına xərclənməsinin məqsədəuyğunluğu qeyd edib: “Bu praktikadan dünya ölkələrində istifadə olunur”.

- Çempionlar Liqasında IV turdan sonra turnir cədvəli – FOTO
- “Fənərbaxça”dan ayrılan İsmail Kartala ölkə xaricindən rəsmi təklif
- “Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizəddir
- Premyer Liqada IX turun ən yaxşı futbolçusu müəyyənləşdi
- “Fənərbaxça”nın sabiq prezidentinə bəraət hökmü
0
0