FİFA bütün namizədləri açıqladı
17.03.2009 - 16:56
FİFA bütün namizədləri açıqladı
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) 2018 və 2022-ci il dünya çempionatının keçirməyə namizəd ölkələrin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, bunlar Rusiya, Avstraliya, Avstriya, İndoneziya, Yaponiya, Meksika, Qətər, Cənubi Koreya, ABŞ, həmçinin Belçika və Hollandiya (şərikli), İspaniya və Portuqaliyadır. Bununla da FİFA 11 sifariş qəbul edib. Özü də Qətərlə Cənubi Koreya yalnız 2022-ci il dünya çempionatının, qalan 9 ölkə hər iki turnirin təşkilatçısı uğrunda mübarizə aparacaq. Artıq rəsmi müraciətlərin verilməsi vaxtı bitib və DÇ-2018 ilə DÇ-2022-nin təşkilatçısı olan ölkələrin adları 2010-cu ilin dekabrında bəlli olacaq.

Qeyd edək ki, FİFA-nın qaydalarına görə, dünya çempionatının final mərhələsini keçirmək istəyən ölkədə tutumu ən azı 40 minlik olan 12 stadion olmalıdır. Açılış və final oyunları ən azı 80 minlik stadionlarda keçirilməlidir. Azərbaycan milli komandasının da mübarizə apardığı 2010-cu il dünya çempionatı Cənubi Afrika Respublikasında keçiriləcək. DÇ-2014 isə Braziliyada təşkil olunacaq.
0