“Qalatasaray” Ardasız qaldı
17.03.2009 - 17:00
“Qalatasaray” Ardasız qaldı
UEFA kubokunun 1/8 final mərhələsinin cavab oyununda “Hamburq”la üz-üzə gələcək “Qalatasaray” daha bir futbolçusunu itirib. Apasport.az saytının məlumatına görə, Almaniya təmsilçisi ilə böyük əhəmiyyət kəsb edən qarşılaşmada komandanın liderlərindən olan Arda Turan da iştirak etməyəcək.

Belə ki, Türkiyə Superliqasının “Trabzonspor”la həftəsonu keçirilən matçında zədələnən gənc futbolçunun aldığı xəsarət ciddidir. Müalicə olunan və məşqlərə qatılmayan Arda qəti şəkildə oynamayacağını təsdiqləyib. “Hamburq”la görüşdə onu Aydının əvəzləyəcəyi bildirilir.

Xatırladaq ki, “Qalatasaray” – “Hamburq” görüşü martın 19-da keçiriləcək. Almaniyada baş tutmuş ilk oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib.
0