“Futbolçularımız həvəskar-zad deyil ki”
17.03.2009 - 17:22
“Qalatasaray” – “Hamburq” oyunu ərəfəsində komandaların şanslarını bərabər qiymətləndirirəm. Bir sözlə, növbəti mərhələyə keçmək şanslarımız 50 faizə bərabərdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Hamburq” klubunun baş məşqçisi Martin Yol deyib.
UEFA kubokunun 1/8 final mərhələsinin cavab matçında “Qalatasaray”la görüşəcək almaniyalıların holland çalışdırıcısı səfərdə oynayacaqlarından çəkinmir: “Bordo”nun İstanbulda necə üç qol vurduğunu hamı gördü. Bizim də bu qədər qol vurmağımız bizə şans verəcək. Cəhənnəmə bənzədilən “Əli Sami Yen” stadionunun 24 mindən artıq tamaşaçı tutmasına gəlincə, bu məni narahat etmir. Oyunçularımın böyük təcrübəsi var. Onlar həvəskar-zad deyil ki, ilk dəfə bu qədər tamaşaçı önünə çıxsınlar”.

- Çempionlar Liqasında IV turdan sonra turnir cədvəli – FOTO
- “Fənərbaxça”dan ayrılan İsmail Kartala ölkə xaricindən rəsmi təklif
- “Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizəddir
- Premyer Liqada IX turun ən yaxşı futbolçusu müəyyənləşdi
- “Fənərbaxça”nın sabiq prezidentinə bəraət hökmü
0
0