Aslan “yaralandı”
17.03.2009 - 18:43
Aslan “yaralandı”
Ağdamın “Qarabağ” klubunun kapitanı Aslan Kərimov yenidən zədə problemi ilə üzləşib. Apasport.az saytının məlumatına görə, milli komandamızın 36 yaşlı sabiq kapitanı ən azı iki həftə oynamayacaq. O, Premyer Liqanın son turunda “Qəbələ” ilə ev oyununda (0:0) sıraya dönsə də, hələ ilk hissədə yenidən ciddi xəsarət alıb. Görüşü davam etdirə bilmədiyi üçün əvəzlənməli olan Kərimov ən yaxşı halda, gələn ay meydana çıxacaq. Təcrübəli futbolçu bu ay müalicə olunacaq.

Qeyd edək ki, son vaxtlar zədədən əziyyət çəkən “Qarabağ”ın digər futbolçusu Aftandil Hacıyev artıq sağalıb və növbəti turda Zaqatalada yerli “Simurq” klubu ilə görüşdə iştirak edə bilər.
0