“Azərbaycanla Bakıda keçirəcəyimiz qarşılaşmanın öz yeri var”
19.03.2009 - 11:29
“Azərbaycanla Bakıda keçirəcəyimiz qarşılaşmanın öz yeri var”
“Almaniya milli komandasının Rusiya ilə səfərdə keçirəcəyi oyun böyük əhəmiyyət kəsb edəcək. Bu, seçmə qrupun final matçına bərabər görüş olacaq. Lakin mənim üçün Azərbaycanla Bakıda keçirəcəyimiz qarşılaşmanın öz yeri var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın ARD televiziya kanalının məşhur futbol şərhçisi Herhard Dellinq deyib.

Hazırda İspaniyanın Balear adalarında istirahət edən futbol mütəxəssisi Azərbaycan və Almaniya milli komandalarının dünya çempionatının seçmə mərhələsindəki qarşılaşmasını səbirsizliklə gözləyir. Almaniya mətbuatına müsahibə verən Dellinq bunu belə izah edib: “Çox sevinirəm ki, Azərbaycana getmək mənə nəsib olacaq. Xüsusilə də ona görə ki, bu ölkənin milli komandasının baş məşqçisi Berti Foqts mənə oranın necə də maraqlı olduğunu danışıb. Düzdür, şərq ölkələrini mən çox gəzmişəm. Amma indiyədək heç vaxt Azərbaycanda olmamışam”.

Qeyd edək ki, Azərbaycan –Almaniya oyunu avqustun 12-də Bakıda keçiriləcək.
0