“Qalatasaray”ın potensial rəqiblərindən ikisi müəyyənləşdi
19.03.2009 - 11:45
“Qalatasaray”ın potensial rəqiblərindən ikisi müəyyənləşdi
UEFA kubokunun 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, bu görüşlərlə Türkiyənin “Qalatasaray” klubunun potensial rəqiblərindən ikisi müəyyənləşib. Baş tutan iki qarşılaşmadan sonra “Verder” (Almaniya) və “Marsel” (Fransa) 1/4 finala vəsiqə qazanıb.

1/4 final mərhələsinin digər iştirakçıları bu gün müəyyənləşəcək. Səfərdə “Hamburq”la 1:1 hesablı heç-heçə edən “Qalatasaray” Almaniya təmsilçisini öz meydanında qəbul edəcək.

UEFA kuboku, 1/8 final, cavab oyunları

“Sent-Etyen” (Fransa) – “Verder” (Almaniya) - 2:2

Qollar: Benaluan, 64, Qraks, 90+2 - Predl, 6, Pizarro, 28
İlk oyun – 0:1

“Ayaks” (Hollandiya) – “Marsel” (Fransa) - 2:2 (əlavə vaxtda)
Qollar: Yenox, 33, Süleymani, 74 - Nyanq, 35, Mirs, 109
İlk oyun - 1:2.
0