Branimir Subaşiç Çin çempionu ilə müqavilə bağladı
19.03.2009 - 13:00
Branimir Subaşiç Çin çempionu ilə müqavilə bağladı
Azərbaycan milli komandasının hücumçusu Branimir Subaşiçin karyerasını Çində davam etdirəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçu “Çanqçun Yatay” klubu ilə bir illik müqavilə imzalayıb.

Subaşiçin yeni komandası iki il əvvəl ölkə çempionatının qızıl medallarını qazanıb. Onun vaxtilə “Neftçi”də bir yerdə oynadığı bolqar yarımmüdafiəçi Svetoslav Stefanov da həmin klubun sıralarında olub. Hazırda Çində olan Subaşiç son yarım ili keçirdiyi “Srvena Zvezda” (Belqrad) tərəfindən transferə çıxarıldıqdan sonra bu ölkəyə yollanmışdı.

Qeyd edək ki, Subaşiç milli komandamızın Çində çıxış edəcək ilk futbolçusu kimi tarixə düşdü.
0