“Muğan” - “Neftçi” oyunu təxirə salındı
19.03.2009 - 13:16
“Muğan” və “Neftçi” komandaları arasında oyun təxirə salınıb. Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Premyer Liqada çıxış edən bu klubların əvəzedici heyətlərinin XIX tur çərçivəsində martın 20-də Salyanda keçirilməsi nəzərdə tutulan görüşü başqa vaxtda keçiriləcək.
Buna səbəb “Neftçi”nin PFL-ə ünvanladığı rəsmi müraciətdir. 69 saylı məktubda göstərilib ki, komandanın 6 oyunçusu Azərbaycanın 17 yaşlılardan ibarət yığmasının heyətində Avropa çempionatının seçmə mərhələsinin elit raundunda iştirak edirlər. PFL-nin prezidenti Ramin Musayevin XVII Azərbaycan Premyer Liqası, I divizion və Azərbaycan kubokunun "Əsasnamə və Nizam-İntizam qaydaları"nın 3.14 maddəsini əsas tutaraq imzaladığı əmrlə “Muğan” ilə “Neftçi”nin əvəzedici komandalarının oyunu aprelin 7-də keçiriləcək.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0