Rəşad Sadıqov “Terminator” oldu
19.03.2009 - 13:27
Rəşad Sadıqov “Terminator” oldu
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun Superliqada göstərdiyi oyun Türkiyə mətbuatının da diqqət mərkəzindədir. Apasport.az saytının məlumatına görə, qışda “Kocaelispor”a keçən 27 yaşlı müdafiəçinin çempionatda parlaması həmkarlarımızı təəccübləndirib: “Təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərə bilməyən Sadıqov Superliqada müdhiş oyunu ilə seçilir. Müdafiə xəttində rəqiblərini yox edən futbolçu “Terminator” təsiri bağışlayır”.

Türkiyəli jurnalistlərin fikrincə, Rəşad hazırda Superliqada çıxış edən ən yaxşı futbolçulardan biridir: “Səs-küy salmayan, başını aşağı salıb kişi kimi mübarizə aparan Rəşad “Qalatasaray” və “Fənərbaxça” ulduzlarını zərərsizləşdirib, 100 faizlik qolları bıçaq kimi kəsdi. Sadıqov Superliqanın indiki durumunda üç ən böyük ulduzu arasına girib. Hər həftə rəmzi yığmaya düşən azərbaycanlı futbolçu öz qiymətini təxminən 10 qat artırıb”.
0