“Bakı” martı lider kimi başa vura biləcəkmi?
20.03.2009 - 02:13
“Bakı” martı lider kimi başa vura biləcəkmi?
Sabah Azərbaycan Premyer Liqasında növbəti tura start veriləcək. Apasport.az saytının məlumatına görə, XIX turun görüşlərdən sonra iki həftəlik fasilə yaranacaq ki, buna da səbəb milli komandamızın dünya çempionatının seçmə mərhələsində Rusiya yığması ilə Moskvada keçirəcəyi rəsmi oyundur.

XX turun görüşləri aprelin 4-5-də keçiriləcək və bu uzunmüddətli fasiləyə “Bakı”nın lider kimi yollanacağını indidən söyləmək olar. Hər halda, ikinci dövrədə yüz faizli nəticə göstərən liderin autsayder “Bakılı” ilə ev oyununda büdrəyəcəyi real görünmür. Üstəlik, həmşəhərliləri ilə görüşlərdə də statistika “Bakı”nın xeyrinədir. “Bakılı” ilə bütün oyunlarda qələbə qazanan paytaxtın eyni adlı komandası son iki görüşdə 7 qol vurmaqla, böyük hesablı qələbə qazanıb (7:2 və 7:0). Fevralın 28-də “İnter”i məğlub etməklə (1:0), rəqibinin zirvədəki yerini əlindən alan “Bakı”nın mart ayını zirvədə başa vuracağı şübhə doğurmamalıdır.

“Bakılı”nın Premyer Liqada qalmaq uğrunda mübarizədə rəqibləri “Turan”, MOİK və “Muğan”ı da çətin sınaq gözləyir. İlk iki komanda çempionluğa iddialı “İnter” və “Xəzər-Lənkəran”la görüşəcək. “Muğan”ın rəqibi turnir cədvəlinin aşağı pilləsində yer alan “Neftçi” olsa da, böyük tarixi olan bir komandadan xal almaq heç də asan məsələ deyil.

Son turlarda uğursuz çıxış edən “Simurq”la “Qarabağ”ın görüşü turun maraqla gözlənilən oyunlarından biridir. Zaqataladakı matç qonaqların baş məşqçisi Qurban Qurbanov üçün prinsipial əhəmiyyət kəsb etməlidir. Axı 37 yaşlı bu məşqçi əslən Zaqataladandır, burada doğulub, boya başa çatıb, futbolda ilk addımlarını atıb. Düzdür, Qurbanov indiyədək “Simurq”la səfər oyunlarının iştirakçısı olub. Ancaq həmin matçlar zamanı komanda ev oyunlarını müvəqqəti olaraq Qaxda keçirirdi. İndi isə Qurbanov ona doğma olan Zaqatalada rəqib komandanın çalışdırıcısı kimi çıxacaq.

21 mart

15:00. "Turan" - "İnter"

Baş hakim: Vüsal Əliyev
Tovuz. Şəhər stadionu

15:00. "Muğan" - "Neftçi"
Baş hakim: Rövşən Əhmədov
Salyan. Olimpiya İdman Kompleksinin stadionu

16:00. "Xəzər-Lənkəran" - MOİK
Baş hakim: Rasim Məmmədov
Lənkəran. Mərkəzi şəhər stadionu

16:00. "Bakı" - "Bakılı"
Baş hakim: Ceyhun Haşımov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

22 mart

15.00. "Qəbələ" - "Karvan"

Baş hakim: Elçin Məmmədov
Qəbələ. Şəhər stadionu

18:00. "Simurq" - "Qarabağ"
Baş hakim: Zöhrab Qədiyev
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

18:00. "Standard" - "Olimpik"
Baş hakim: Fariz Yusifov
Bakı. “Şəfa” stadionu

Turnir cədvəli

komandalar

O

Q

H

M

T

X

1

Bakı

18

14

2

2

40-6

44

2

İnter

18

13

4

1

34-10

43

3

Xəzər-Lənkəran

18

11

4

3

33-13

37

4

Simurq

18

11

4

3

26-14

37

5

Olimpik

18

9

5

4

22-12

32

6

Qarabağ

18

9

4

5

23-18

31

7

Standard

18

9

2

7

18-17

29

8

Karvan

18

8

2

8

20-17

26

9

Neftçi

18

5

6

7

16-15

21

10

Qəbələ

18

5

5

8

19-15

20

11

Muğan

18

3

2

13

15-33

11

12

Bakılı

18

2

3

13

11-47

9

13

Turan

18

1

5

12

8-34

8

14

MOİK

18

1

2

15

9-41

5



Bombardirlər: Amiran Muciri (“Bakı”), İvan Svetkov (“Xəzər-Lənkəran”) – 11
0