Tobias Zölle: Azərbaycan yığmasını qiymətləndirməmək olmaz
19.03.2009 - 15:26
“Qrupumuzda ən arzulanan komandanın hansı olduğunu demək çətindir. Amma kağız üzərində Azərbaycan yığması daha münasib rəqib təsiri bağışlayır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Lüksemburqun 17 yaşlılardan ibarət milli komandasının baş məşqçisi Tobias Zölle deyib.
O, Avropa çempionatının seçmə mərhələsinin elit raundunda Azərbaycanın yeniyetmələrdən ibarət yığması ilə eyni qrupda mübarizə aparan komandasının bu qədər irəliləməsini tarixi hadisə sayır: “Təbii ki, Hollandiya və Xorvatiya qrupumuzun favoritləridir. Lakin başqa amillərin də mübarizəyə təsir edə biləcəyi istisna deyil. Belə olan halda, heç bir rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Hətta Azərbaycan yığmasını da qiymətləndirməmək olmaz”.
Qeyd edək ki, bu gün start götürəcək seçmə turnirinin ilk turunda yığmamız Hollandiya, meydan sahibi olan Lüksemburq isə Xorvatiya ilə qarşılaşacaq.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0