“Neftçi”nin ikinci dövrədə ilk böyük hesablı qələbəsi
23.03.2009 - 11:33
“Neftçi”nin ikinci dövrədə ilk böyük hesablı qələbəsi
Azərbaycan Premyer Liqasının XIX turu da lideri dəyişdirmədi. Apasport.az saytının məlumatına görə, fevralın 28-də “İnter”i məğlub etməklə (1:0) zirvəni onun əlindən alan “Bakı” klubunun bu ayı lider kimi başa vuracağı dəqiqləşdi. Makedoniyalı mütəxəssis Qyoko Hacıyevskinin çalışdırdığı komandaya növbəti qələbəni hələ ilk hissədə 27 dəqiqəyə het-trik edən 20 yaşlı hücumçu Bəxtiyar Soltanov qazandırıb. “Bakı” Premyer Liqanın ikinci dövrəsində ilk dəfə qapısından top buraxıb. Ancaq bu xorvat qapıçı Marko Şarliyanın iştirakı ilə keçirilən görüşdə olduğunu nəzərə alsaq, onun seneqallı həmkarı Xalidu Sissokonun “quru seriya”sı davam edir. Liderdən cəmi bir xal geridə olan “İnter” autsayder “Turan”la görüşməsinə baxmayaraq, Tovuzda qələbəni çətinliklə əldə edib. “Neftçi” ikinci dövrədə ilk böyük hesablı qələbəsini Salyanda qazanıb. İkinci dövrədə qələbə üzünə həsrət qalan “Karvan” Qəbələdə eyniadlı komandaya böyük hesabla uduzub. Son vaxtlar Premyer Liqada uğursuz çıxış edən “Simurq”la “Qarabağ”ın öz aralarındakı oyununda da qalib müəyyənləşməyib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov doğulub boya-başa çatdığı Zaqataladan xalla dönsə də, onun komandası kubok oyununu da nəzərə alsaq artıq 5 görüşdür qol vura bilmir.

Qeyd edək ki, XIX tur məhsuldarlığın az olması ilə diqqət çəkdi. 7 oyunda qapılara cəmi 13 top vuruldu ki, bununla da hər matça heç 2 qol düşmür. Bundan əlavə, turnir cədvəlində heç bir yerdəyişmənin olmamağı də diqqəti çəkən məqam oldu. Əvəzində bombardirlər yarışında “Xəzər-Lənkəran”ın bolqar hücumçusu İvan Svetkov MOİK-ə vurduğu qolla yenidən vahid liderliyi ələ keçirdi. Milli komandamızın Rusiya yığması ilə martın 28-də keçirəcəyi rəsmi oyunla əlaqədar Premyer Liqamızda iki həftəlik fasilə yaranıb. XX turun görüşləri aprelin 4-də və 5-də keçiriləcək.

21 mart

"Turan" - "İnter" – 0:1

Qol: Danilou Assioli, 77

"Muğan" - "Neftçi" – 0:3
Qollar: Dmitri Kruqlov, 8, Samir Əliyev, 55, Adrian Nyaqa, 66

"Xəzər-Lənkəran" – MOİK – 2:0
Qollar: Denis Silva, 11, İvan Svetkov, 51-p

"Bakı" - "Bakılı" – 3:1
Qollar: Bəxtiyar Soltanov, 5, 16, 32 – Siyavuş Quliyev, 67

22 mart

"Simurq" - "Qarabağ" – 0:0

"Qəbələ" - "Karvan" – 3:0

Qollar: Fərzad Hatəmi, 2, Tornike Apstiauri, 79, Kənan Kərimov, 80

"Standard" - "Olimpik" – 0:0

Turnir cədvəli


 

komandalar

O

Q

H

M

T

X

1

Bakı

19

15

2

2

43-7

47

2

İnter

19

14

4

1

35-10

46

3

Xəzər-Lənkəran

19

12

4

3

35-13

40

4

Simurq

19

11

5

3

26-14

38

5

Olimpik

19

9

6

4

22-12

33

6

Qarabağ

19

9

5

5

23-18

32

7

Standard

19

9

3

7

18-17

30

8

Karvan

19

8

2

9

20-20

26

9

Neftçi

19

6

6

7

19-15

24

10

Qəbələ

19

6

5

8

22-15

23

11

Muğan

19

3

2

14

15-36

11

12

Bakılı

19

2

3

14

12-50

9

13

Turan

19

1

5

13

8-35

8

14

MOİK

19

1

2

16

9-43

5



Bombardirlər: İvan Svetkov (“Xəzər-Lənkəran”) – 11, Amiran Muciri (“Bakı”) - 10
0