Pavlyuçenko: Azərbaycanla oyunda bütün gücümü ortaya qoymağa çalışacağam
23.03.2009 - 12:38
Pavlyuçenko: Azərbaycanla oyunda bütün gücümü ortaya qoymağa çalışacağam
“Azərbaycanla yığması ilə görüşə sıradan bir oyun kimi baxmaq olmaz”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya milli komandasının hücumçusu Roman Pavlyuçenko deyib.

Martın 28-də dünya çempionatının seçmə mərhələsində Moskvada baş tutacaq Rusiya – Azərbaycan matçına dəvət alan 27 yaşlı futbolçu çıxış etdiyi “Tottenhem” klubunda ehtiyatda qalır. Ancaq bununla belə, ruhdan düşməyən Pavlyuçenko yığmamıza qarşı keçiriləcək oyunla bağlı nikbin fikirdədir: “Rəqibin Moskvaya böyük motivasiya ilə gələcəyinə şübhə etmirəm. Şəxsən mən, Azərbaycanla oyunda meydanda bütün gücümü qoymağa çalışacağam. Biz evdə oynayırıq və şübhəsiz ki, favorit sayılırıq. Ümid edirəm ki, Rusiya yığması öz səviyyəsini nümayiş etdirərək, qələbə qazanacaq”.
0