Şahin Diniyev “Terek” klubuna ikinci qələbəni qazandırdı
23.03.2009 - 13:36
Şahin Diniyev “Terek” klubuna ikinci qələbəni qazandırdı
Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev Moskvada qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, Qroznının “Terek” klubunun əvəzedici komandasını çalışdıran 43 yaşlı mütəxəssis səfərdə “Moskva” klubunu 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolu İsmayıl Ediyev vurub.

“Terek” iki turdan sonra yüz faizli nəticə ilə liderlər qrupunda, daha dəqiqi, 3-cü pillədə yer alıb. Diniyevin komandası turnir cədvəlində ilk 2 yeri tutan “Amkar” və “Tom”dan top fərqinə görə geri qalır.
0