AFFA azarkeşləri “Lujniki”yə çağırır
24.03.2009 - 09:58
AFFA azarkeşləri “Lujniki”yə çağırır
AFFA dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 28-də keçiriləcək Azərbaycan – Rusiya oyununda millimizin azarkeş dəstəyinin yüksək səviyyədə təşkil olunmasına çalışır. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, bu məqsədlə AFFA-nın maliyyə vəsaiti hesabına Rusiya Futbol İttifaqından 5000 bilet alınıb.

Həmin biletlər Rusiyada yaşayan həmvətənlərimizə çatdırılmaq üçün Azərbaycanın Rusiyadakı səfirliyinə verilib. Həmvətənlərimiz səfirliyə müraciət etməklə, milli komandamızın oyununa pulsuz bilet əldə bilərlər. Bununla yanaşı, Moskva şəhərində biletlərin paylanma məntəqələri barədə də səfirlikdən məlumat almaq olar. AFFA rəhbərliyi Rusiyada yaşayan həmvətənlərimizi milli komandamıza dəstək olmağa çağırır.

Qeyd edək ki, Moskvadakı “Lujniki” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
0