Arşavin: Azərbaycan və Lixtenşteynlə oyunlardan 6 xal gözləyirəm
24.03.2009 - 10:13
Arşavin: Azərbaycan və Lixtenşteynlə oyunlardan 6 xal gözləyirəm
“Heç vaxt oyun ərəfəsində nəsə danışmağa dəyməz. Buna görə də, Azərbaycan yığması ilə matç haqda bir söz söyləmək istəmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının futbolçusu Andrey Arşavin deyib.

Martın 28-də Moskvada keçiriləcək dünya çempionatının seçmə oyununda Azərbaycanla qarşılaşacaq şimallıların hücumçusu qarşılaşma haqda fikirlərini açıqlayıb: “Əvvəlcədən nəticəni axtarmamaq daha yaxşıdır. Bütün azarkeşlər kimi mən də Azərbaycan və Lixtenşteynlə görüşlərdən 6 xal gözləyirəm. Amma fərq ondadır ki, onlar bunun üçün heç nə etməyəcək, yalnız azarkeşliklə kifayətlənəcək. Amma mən bunun üçün çalışmalıyam”.
0