Foqts: Nə qədər ki mən burdayam, Qurbanov milli komandaya çağırılmayacaq
24.03.2009 - 11:42
“Biz oyunları təhlil edənə, İlqar Qurbanov yatır”. Apasport.az saytının məlumatına görə, bu sözlər Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsa məxsusdur.
Alman çalışdırıcı bu gün milli komandanın məşqçindən əvvəl jurnalistlərlə görüşündə “Boluspor”da (Türkiyə) oynayan İlqar Qurbanov haqda sərt ittihamlar səsləndirib.
Foqtsun fikrincə, Qurbanov özünü qeyri-peşəkar aparır: “1000 metri 5 dəqiqəyə ancaq qaçır. Bu, olduqca çox pis göstəricidir. Çünki indi futbolçular 90 dəqiqə ərzində 12-14 km qaçırlar. 63 yaşında olsam da, İlqardan daha çox qaçıram. Azərbaycan milli komandasında baş məşqçi işlədiyim müddətdə Qurbanov bir daha milli komandaya çağırılmayacaq. O, Türkiyədə ulduz ola bilər, amma burda heç kimdir”.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0