“O futbolçular narkotik qəbul edirlər”
24.03.2009 - 11:49
Bütün dövrlərdə dünyanın ən yaxşı iki futbolçusundan biri olan Pele şok iddia ilə çıxış edib. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, braziliyalı ulduz həmvətənləri Ronaldo və Robinyonun narkotik vasitə qəbul etdiklərini bildirib.
Pelenin oğlu Edinyo bu günlərdə kokain istifadəçisi olduğunu etiraf edib. Hazırda onun məhkəmə prosesi gedir. 69 yaşlı veteran futbolçu San-Paulu şəhərində bir iş adamının təşkil etdiyi mərasimdə həmvətənləri Ronaldo və Robinyonun da narkotik istifadəçisi olduqlarını söyləyib: “Futbol ilə narkotiki bir arada təsəvvür etmək mümkün deyil. Çünki yalnız Ronaldo və Robinyo kimi bir neçə futbolçudan başqa bu işlərlə məşğul olan oyunçu yoxdur”.
Pele bütün dövrlərdə dünyanın digər ən yaxşı futbolçusu Dieqo Maradonanın da narkotik istifadə etdiyinə işarə vurub: “Futbol oynadığı dövrlərdə dünya səviyyəli oyunçu idi. Lakin sonradan özünə qarşı etdikləri ortadadır”.
Pele gənclərə belə isimlərdən yox, Kaka, Mişel Platini və Frants Bekkenbauer kimi dahilərdən nümunə götürmələrini tövsiyə edib.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0