Zaur Tağızadə Rusiya ilə oyuna niyə aparılmır?
24.03.2009 - 11:53
Zaur Tağızadə Rusiya ilə oyuna niyə aparılmır?
Bakının “Neftçi” klubunun futbolçusu Zaur Tağızadənin milli komandanın Rusiyaya aparılacaq heyətində yer almamağının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının bu gün keçirilən açıq məşqinə gələn jurnalistlərlə söhbətdə baş məşqçi Berti Foqts heyətdəki dəyişikliklərin səbəblərini açıqlayıb.

63 yaşlı almaniyalı mütəxəssis Tağızadənin də Aleksandr Çertoqanovun dünya çempionatının seçmə mərhələsinin martın 28-də keçiriləcək seçmə matçında oynamamağını zədə problemi ilə bağlayıb: “Tağızadə zədədən sonra tam formada olmadığı üçün Rusiya ilə oyuna cəlb etmədim. Lakin qarşıdakı matçlarda hazır olsa, onun xidmətlərindən yararlanacağam. Rusiyaya qarşı Çertoqanovsuz oynayacağımıza isə çox üzülürəm. Amma nə etmək olar? Onun zədəsi buna imkan vermir”.
0