Rəşad Sadıqov: Moskvada uğurlu nəticə qazanacağıma inanıram
24.03.2009 - 12:19
Rəşad Sadıqov: Moskvada uğurlu nəticə qazanacağıma inanıram
“Rusiya milli komandası ilə Moskvada keçirəcəyimiz oyunda uğurlu nəticə qazanacağımıza inanıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib.

Milli komandamızın bu gün keçirilən açıq məşqindən sonra jurnalistlərin suallarını cavablandıran 27 yaşlı müdafiəçi martın 28-də keçiriləcək dünya çempionatının seçmə oyunu haqqında fikirlərini bölüşüb: “Milli komandanın məşqçiləri rəqibin görüşlərini izləyir və təhlil edirlər. Məncə, onlar Rusiyaya qarşı oynamaq üçün artıq uyğun taktika seçiblər. Moskvada yaxşı nəticə qazanmaq nə qədər çətin olsa da, biz var gücümüzlə çalışacağıq”.

Qeyd edək ki, Türkiyənin “Kocaelispor” klubunda çıxış edən Sadıqov milli komandanın son iki toplanışına qatılmamışdı.
0