Hiddink: Bacardığımızdan artığını da edəcəyik
24.03.2009 - 12:30
Hiddink: Bacardığımızdan artığını da edəcəyik
“Rusiya yığmasının dünya çempionatının final mərhələsinə çıxmayacağı halda, müqaviləmin bitəcəyi vaxtadək, yəni 2010-cu ilin yayına qədər bu postda qalib-qalmayacağımı məndən tez-tez soruşurlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink deyib.

Martın 28-də Azərbaycanla qarşılaşacaq rusiyalıların holland çalışdırıcısı qarşıdakı oyunlarda maksimuma nail olmaq niyyətini açıqlayıb: “Biz final mərhələsinə vəsiqə üçün bacardığımızı, hətta bundan artığını edəcəyik. Əgər alınmasa, yəqin ki, Rusiya Futbol İttifaqı bu idman növünün inkişafı üçün yeni strategiya müəyyənləşdirəcək. Belədə onlara mən yox, yenisi lazım olacaq. Bu vəziyyət yaransa, mən noyabrda da getməyə hazıram. Ya da birgə müzakirə aparıb nə edəcəyimizi müəyyənləşdirməliyik. Amma inanın ki, bunun “Çelsi” ilə bağlılığı yoxdur. Amma mən mayın sonunda bu klubdan gedəcəyimlə bağlı qərarımı dəyişməmişəm. Ümid edirəm ki, bu Çempionlar Liqasının Romadakı finalından sonra baş verəcək”.
0