Arşavin: Azərbaycan yığması bizə asanlıqla xal verməyəcək
24.03.2009 - 14:13
Arşavin: Azərbaycan yığması bizə asanlıqla xal verməyəcək
“Azarkeşlərimiz artıq altı xalı hesabımıza əlavə edirlərsə, onlarla razılaşmamaq günah olardı. Hərçənd, nə Azərbaycan, nə də Lixtenşteyn asanlıqla bu xalları bizə verməyəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının futbolçusu Andrey Arşavin deyib.

Martın 28-də dünya çempionatının seçmə oyununda Azərbaycan yığması ilə qarşılaşacaq rusiyalıların hücumçusu qarşılaşma ərəfəsində zarafatından da qalmayıb: “Qarşıdakı iki matçı təbii ki, müdafiədən oynayacağıq. Rəqibi öz qapımızın qarşısına cəlb edib topu irəlidə qərarlaşan Pavlyuçenko ilə Poqrebnyaka ötürəcəyik və iş bitdi. Pavelin oyununu bu yaxınlarda görməmişəm. Romana gəlincə, ehtiyatda oturmaq heç bir futbolçunun xeyrinə deyil. Onlar da bir şey alınmasa, özüm kömək etməyə çalışaram. Amma ayağımdakı zədə hələ də tam sağalmayıb. Düzdür, bu oynamağıma əngəl ola bilməz. Ağrılar olmasa da, tikişi hələ 2-3 günə sökəcəklər. Azərbaycanın qapısına qol vurmaq istəyirəm. Amma daha çox qələbə istəyirəm. Qolu isə kim vurur-vursun, heç bir fərqi yoxdur”.
0