Azərbaycan milli komandası 3-cü yeri tutdu
25.03.2009 - 10:43
Azərbaycanın 17 yaşlı futbolçulardan ibarət yığması (U-17) Avropa çempionatının seçmə mərhələsinin elit raundunda çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, almaniyalı Bernard Lippertin rəhbərlik etdiyi milli komandamız qrupda keçirdiyi son oyunda meydan sahibi Lüksemburqla qolsuz heç-heçə edib.
Bununla da, U-17 qrupda 3-cü yeri tutaraq, yalnız Lüksemburqu qabaqlaya bilib. Həmçinin, Lippertin yetirmələri keçirdikləri oyunların heç birində qol vurmağı da bacarmayıblar.
Öncə Hollandiyaya 0:1 hesabı ilə məğlub olan futbolçularımız daha sonra xorvatiyalı həmyaşıdlarına böyük hesabla uduzublar (0:3). Özü də rəqibin bir üzvü qırmızı vərəqə aldığından, komandamız hollandlarla görüşün böyük hissəsini say üstünlüyündə keçirib. Lakin bu da U-17-nin fərqlənməsinə imkan verməyib.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0