Rusiya – Azərbaycan oyununa 53 min bilet satılıb
25.03.2009 - 11:45
Rusiya – Azərbaycan oyununa 53 min bilet satılıb
Rusiya və Azərbaycan milli komandaları arasında martın 28-də Moskvada keçiriləcək rəsmi oyuna bilet satışı gündən-günə artır. Apasport.az saytının məlumatına görə, Bakı vaxtı ilə saat 18:00-da “Lujniki” stadionunda başlayacaq görüşə artıq demək olar 53 min bilet satılıb. Həftənin əvvəlində 60000 biletdən 42200-ü satılmışda, sonrakı iki gündə vəziyyət dəyişib. Açıq satışda təxminən 7 min bilet qaldığından, “Lujniki” stadionunun kassalarında artıq alverçilər peyda olub. Rusiya Futbol İttifaqının mətbuat xidmətinin rəhbəri Andrey Malosolov bildirib ki, milli komandamızla ev oyunlara bütün biletlər satılacaq. Hər halda, təşkilatçılar buna əmindirlər.

Qeyd edək ki, bu gün, sabah və birigün kassalar yerli vaxtla saat 10:00-dan 19:00-a qədər işləyəcək.
0