Semak: Azərbaycan yığması Bakıda qrup liderlərindən xal alacaq
25.03.2009 - 11:54
Semak: Azərbaycan yığması Bakıda qrup liderlərindən xal alacaq
“Azərbaycan futbolu haqda geniş məlumatım yoxdur. Düzdür, futbolçuları tanımıram, amma komandanın baş məşqçisi haqda məlumatım var”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya yığmasının futbolçusu Sergey Semak deyib.

O, martın 28-də Moskvada qarşılaşacaqları Azərbaycan milli komandası haqda xoş sözləri söyləyib: “Azərbaycan yığması yaxşı komandadır. Xüsusən də öz meydanlarında yaxşı oynayırlar. Tam əminliklə deyə bilərəm ki, onlar Bakıda qrup liderlərindən xal alacaqlar. Düzdür, öz meydanımızda oynadığımızdan martın 28-dəki matçda favorit bizik. Amma hər hansı bir təsadüf, erkən buraxacağımız qol Azərbaycan millisinə şans verə bilər. Amma düşünmürəm ki, hansısa futbolçumuz Azərbaycanla oyuna qeyri-ciddi yanaşsın. Çünki Azərbaycan millisi güclü rəqibdir və biz də bu oyunu mütləq udmalıyıq”.
0