Alan Caqoyev: Azərbaycanla oyunda hər şey öz əlimizdədir
25.03.2009 - 12:37
Alan Caqoyev: Azərbaycanla oyunda hər şey öz əlimizdədir
“Yığmanın düşərgəsində yaxşı əhval-ruhiyyə hökm sürür. Hər kəs bir-biri ilə yenidən görüşdüyü üçün şaddır. İndi ən başlıcası diqqətimizi qarşıdakı iki rəsmi matça yönəltməkdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya yığmasının və Moskva MOİK-nin futbolçusu Alan Caqoyev deyib.

19 yaşlı hücumçu dünya çempionatının seçmə qrup mərhələsində martın 28-də Moskvada Azərbaycan və aprelin 1-də səfərdə Lixtenşteynə qarşı keçirəcəkləri görüşə toxunub. O, hər şeyin öz əllərində olduğunu bildirib: “Hər şey bizim əlimizdədir. Əgər bu oyunlardan maksimum xal toplasaq, Almaniya ilə matçadək qrupdan çıxmaq vəzifəsinin öhdəsindən gələrik”.
0