“Qalatasaray”da qalmaqal: Linkoln komandadan getdi
25.03.2009 - 14:01
“Qalatasaray”da qalmaqal: Linkoln komandadan getdi
“Qalatasaray” klubunun baş məşqçisi Bülənt Korkmazla braziliyalı yarımmüdafiəçi Kassio Linkoln arasında münaqişə dərinləşməkdədir. Apasport.az saytının məlumatına görə, komandanın düşərgəsini özbaşına tərk edən 31 yaşlı futbolçu vətəninə yollanıb.

Hələ UEFA kubokunda “Hamburq”la Almaniyadakı oyunda əvəzləndiyi üçün Korkmazdan narazı qalan Linkoln çalışdırıcıya sərt mesaj göndərib: “Belə bir tərs baş məşqçi görmədim. Onun haqqında bəzi bilgilər aldım. Korkmaz nə vaxt yaxşı futbolçu olub ki, yaxşı da baş məşqçi olsun. Gəldiyi gündən mənə davamlı olaraq tərslik edir. Hər bir keçmiş futbolçu yaxşı məşqçi ola bilməz. Böyük məşqçi olmaq çox çətindir, buna vaxt lazımdır. Onunla ulduzumuz heç vaxt barışmadı. Korkmaz bu komandanın sükanı arxasında olacaqsa, İstanbula dönüşüm çətin olacaq. Etdiyi hərəkətlər ona görə normal ola bilər. Çünki bu tip baş məşqçilər adlı-sanlı futbolçulara qarşı antipatiya nümayiş etdirirlər ki, bu da qısqanclıqla bağlıdır”.
0