“Azərbaycan yığması güclü komandadır”
25.03.2009 - 14:22
“Azərbaycan yığması güclü komandadır”
“Bizə Azərbaycan və Lixtenşteynlə oyunlarda qələbə qazanmağa arxayınçılıq mane ola bilər. Rusiya yığması gözlənilməz komandadır. Ancaq ümid edirəm ki, bu dəfə gözlənilməzlik olmayacaq”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya milli komandasının yarımmüdafiəçisi Diniyar Bilyalletdinov deyib.

Moskvanın “Lokomotiv” klubunda çıxış edən futbolçu Lixtenşteyndən fərqli, milli komandamızın oyununu izləyib: “Azərbaycanın yalnız bir oyunu görmüşəm. Bu, güclü, nizam-intizamlı komandadır. Fikrimcə, Azərbaycan Moskvada da belə oynayacaq”.

Qeyd edək ki, Rusiya yığmasında martın 28-də Azərbaycanla oyun öncəsi zədə ilə bağlı ciddi problem yoxdur. Yalnız “Lokomotiv”in yarımmüdafiəçisi Dmitri Torbinski bu səbəbdən hələ ki məşqlərdə iştirak etmir.
0