Berti Foqts üçün rok
25.03.2009 - 14:56
Berti Foqts üçün rok
Martın 28-də Moskvada baş tutacaq Rusiya – Azərbaycan oyununda rok musiqisi ifa olunacaq. Apasport.az saytının məlumatına görə, “Lujniki” stadionunda keçiriləcək rəsmi matç zamanı DJ İqor Qrom çalışacaq. O, həm oyunun fasiləsində, həm də görüş başa çatandan 40 dəqiqə sonra iş başında olacaq. Qrom bu müddətdə instrumental musiqi, rok hazırlayacaq.

Qeyd edək ki, rusların DJ dəvət etməklə ilk təcrübəsi ötən il, ev oyunlarını Çerkizovoda “Lokomotiv”in stadionunda keçirən zaman olub. Bu, azarkeşlərin xoşuna gəldiyindən, ənənəni yığmanın “Lujniki”dəki matçları zamanı da davam etdirmək qərara alınıb.
0