“Bakı” Braziliyaya gedir? - FOTO
25.03.2009 - 15:14
“Bakı” Braziliyaya gedir? - FOTO
“Bakı” klubu “Figer menajerlik Breziliya” menecer şirkəti ilə əməkdaşlıq edəcək. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin vitse-prezidenti Tunc Afşar İstanbulda bu qurumun nümayəndələri ilə bir araya gəlib. Görüşdə Braziliya şirkətinin müdiri Kristian Batçer və Türkiyə təmsilçisi Murat Kuş iştirak edib. Söhbət zamanı menecer şirkəti ilə “Bakı” arasında qarşılıqlı əlaqələrinin qurulması, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Batçer klubun rəsmi saytına açıqlamasında bildirib ki, “Bakı”da aparılan peşəkar fəaliyyət onları çox sevindirir: “Azərbaycan futbolunun bu qədər inkişaf etdiyini bilmirdik. Oyunçularımızı işdə nümayiş etdirmək məqsədi ilə “Bakı”nın təmsilçilərini Braziliyaya dəvət edirik”.

Afşarın sözlərinə görə, bu menecerlik şirkəti ilə əməkdaşlıq komandanı gücləndirmək baxımından faydalı olacaq: “Komandamız güclü oyunçulardan komplektləşdirilib. Bu mövsüm üçün qarşıda duran vəzifələrin öhdəsindən gələcək bir heyətimiz var. Gələn mövsüm heyəti gücləndirmək baxımından faydalı addımlar atmaq niyyətindəyik”.

Qeyd edək ki, “Figer menajerlik Breziliya” Avropada bir sıra tanınan klublara uğurlu transferləri ilə tanınır. Bu mənada Roma”dan Baptista, “Bavariya”dan Ze Roberto, “Fənərbaxça”dan Aleks, Luqano, “Beşiktaş”dan Bobo, Nobre kimi futbolçuları misal göstərmək olar.
0