Malofeyev: AFFA psixoloji gedişə əl atıb
25.03.2009 - 15:19
Malofeyev: AFFA psixoloji gedişə əl atıb
“AFFA nümayəndələrinin Rusiya yığmasını ciddi rəqib saymamağını deməsi psixoloji gedişdir. Bu, komandamıza təsir etmək cəhdidir”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya milli komandasını qapıçısı Vyaçeslav Malofeyev deyib.

Sankt-Peterburqun “Zenit” klubunda çıxış edən 30 yaşlı qapıçı bildirib ki, futbol psixologiyanın böyük əhəmiyyət kəsb etdiyi bir oyundur: “Mənim üçün rəqibin açıqlamalarından daha çox önəmli öz komandamın oyunudur. Azərbaycan yığmasından heç bir futbolçunu tanımıram. Həm bu, həm də Lixtenşteyn millisi Avropanın nəhəng komandalarına aid deyil. Ancaq bu hər iki rəqiblə oyunlara ciddi hazırlaşmağa mane olmamalıdır. İndiki dövrdə Avropada xal paylayan komandalar qalmayıb. Favoritlərin mütəmadi olaraq xal itirməsi buna sübutdur. Azarkeşlərimizi qarşıdakı iki oyunda 6 xaldan az toplamaq qane etməyəcək ki, bu da tam ədalətlidir. Əgər dünya çempionatının final mərhələsinə getmək istəyiriksə, hər iki oyunda maksimim xal yığmalıyıq. Üstəlik, Azərbaycanla Lixtenşteyni məğlub etmək gücündəyik”.

Qeyd edək ki, Malofeyev Rusiya yığmasının əsas qapıçısı İqor Akinfeyevin əvəzləyicisidir.
0