İvan Sayenko Azərbaycana erkən qol vurmaq istəyir
25.03.2009 - 15:50
İvan Sayenko Azərbaycana erkən qol vurmaq istəyir
“İndi dünyada zəif, asan keçiləcək komanda qalmayıb”. Apasport.az saytının məlumatına görə, bu sözlər Rusiya yığmasının hücumçusu İvan Sayenkoya məxsusdur.

İstənilən rəqibə hörmətlə yanaşmağın vacibliyini bildiriən futbolçunun sözlərinə görə, şənbə günü Azərbaycanla keçiriləcək matçda erkən qol vurmaq lazımdır: “Hər rəqibi ciddi qəbul edib və ona qarşı yüksək əhval-ruhiyyə ilə meydana çıxmalısan. Qarşındakı komandadan qorxmamalı, sadəcə, ona hörmət etməlisən. Yalnız belə halda 3 xalı aktivinə yaza bilərsən. Azərbaycanla oyunda ilk növbədə çalışmalıyıq ki, erkən qol vuraq. Bunu bacarsaq, işimiz asanlaşacaq”.
0