Hadisə hansı futbolçu ilə yaxalandı? - FOTO
25.03.2009 - 16:18
Hadisə hansı futbolçu ilə yaxalandı? - FOTO
Mayda Moskvada “Eurovision-2009” mahnı müsabiqəsində Türkiyəni təmsil edəcək Hadisənin sevişdiyi futbolçu bəlli olub. Apasport.az saytının məlumatına görə, gənc müğənninin “Trabzonspor”da çıxışı ilə tanınan, hazırda İspaniyanı “Rekreativo” klubunda oynayan Ersen Martinlə görüşdüyü bildirilir.

Ötən ildən bir-birini sevən cütlüyün artıq evlənməsi gündəmə gəlib. Almaniyada anadan olan Martinin Hamburqda müğənni ilə əl-ələ gəzməsi diqqətdən yayınmayıb. Türk mətbuatının yazdığına görə, onlar fürsət tapıb İbiza adasına da baş çəkiblər. Ersen Hadisə haqda “o, bəyəndiyim sənətçidir, ikimiz də qürbətçiyik, hamısı bu” deməklə kifayətlənib. Müğənni isə futbolçu ilə aralarında sevgi münasibətini təkzib edib: “Evrovizion-2009” üçün çalışıram. Hələlik sevgiyə vaxtım yoxdur. Hətta anamı bir aydır belə görmürəm”.
0