AFFA, ad günün mübarək!
26.03.2009 - 10:45
AFFA, ad günün mübarək!
Bu gün AFFA-nın ad günüdür. Apasport.az saytının məlumatına görə, Azərbaycanın baş futbol qurumunun yaranmasından düz 17 il ötür. 1992-ci il məhz martın 26-da paytaxt Bakıda assosiasiyanın təsis konfransı keçirilib. Azərbaycanın bütün şəhər və rayonlarından olan 200-ə yaxın nümayəndənin iştirak etdiyi həmin ilk konfransda AFFA-nın prezidenti, vitse-prezidenti və 13 nəfərlik rəyasət heyəti seçilib. Qurumun sayca ilk rəhbəri Fuad Musayev, vitse-prezident isə Nazim Hüseynov olub.

17 yaşlı AFFA-nın tarixində üç prezidenti olub. Musayevdən sonra bu postu Ramiz Mirzəyev tutubsa, hazırda quruma Rövnəq Abdullayev başçılıq edir.
0