Roman Pavlyuçenko: “Cırtdan”lara qarşı diqqətli olmaq lazımdır
26.03.2009 - 12:07
Roman Pavlyuçenko: “Cırtdan”lara qarşı diqqətli olmaq lazımdır
"Azərbaycan və Lixtenşteynlə qarşıdakı iki oyunda təhlükə gizlənir. Çünki aşağı səviyyəli rəqiblərlə qarşılaşmalar arxayınlıq yaradır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının futbolçusu Roman Pavlyuçenko deyib.

Martın 28-də Azərbaycan yığması ilə görüşəcək şimallıların hücumçusu millimizlə oyuna Almaniya ilə qarşılaşmadan daha çox diqqət ayırmalı olduqlarını düşünür: “Belə matçlar ərəfəsində rəqibi az qala bir ayaqla udmaq haqda gəzən söhbətlərə uymaq sonda pis nəticələnə bilər. İndi heç kim boşqabda sizə xal gətirməyəcək, əksinə sonadək vuruşacaq. Ona görə də, Azərbaycan və Lixtenşteyn kimi “cırtdan”larla qarşılaşmalarda daha diqqətli olmalısan, nəinki Almaniyaya qarşı. Onsuz da elə rəqiblə görüşdə avtomatik köklənmə olur. Ən əsası “yanmamaqdır”. 2007-ci ilin sonunda Andorra ilə qarşılaşmada az qala Avropa çempionatına vəsiqəni itirəcəkdik”.
0