“Foqts bacarığını çoxlarına sübut etmək eşqiylə alışıb-yanır”
26.03.2009 - 12:22
“Azərbaycan və Lixtenşteynlə oyunlarda heç cür xal itirə bilmərik. Çünki əks halda qrupu lider kimi başa vurmağımız çox çətin olacaq. Buna görə də qarşıdakı iki oyunda qələbədən başqa heç bir nəticə gözləmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin kapitanı Sergey Semak deyib.
O, millimizin baş məşqçisi Berti Foqts haqda da danışıb: “Yəqin ki, Azərbaycan millisinin baş məşqçisi Berti Foqts həmyerlilərinə kömək etməkçün bütün gücünü ortaya qoyacaq ki, bizdən xal alsın. Amma təbii ki, bu bir zarafatdır. Əgər ciddi olsaq, həqiqətən də Foqts çox təcrübəli mütəxəxssisdir və indi o bacarığını çoxlarına sübut etmək eşqiylə alışıb-yanır. Hesab elə də önəm daşımır. Əsas olan qələbədir. Hansı ki, ona görə 3 xal qazanırsan. Təbii ki, hər bir azarkeş, eləcə də futbolçular mümkün qədər çox qol görmək istəyirlər. Amma oyunun hansı ssenari üzrə keçəcəyini indidən proqnolaşdırmaq çətindir”.

- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ
- Hans-Ditr Flik: “Sabah” La Liqa komandası səviyyəsindədir”
0
0