Şalimov Rusiya – Azərbaycan matçına proqnoz verdi
26.03.2009 - 12:34
Şalimov Rusiya – Azərbaycan matçına proqnoz verdi
“Rusiya milli komandasının Azərbaycanla oyunda qələbə qazanmasına yalnız rəqibi qiymətləndirməməyi və matça yaxşı köklənməməyi səbəb ola bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya futbolunun veteranı İqor Şalimov deyib.

Yığmanın sabiq futbolçusu martın 28-də keçiriləcək Rusiya – Azərbaycan matçının böyük hesabla nəticələnəcəyini düşünür: “Azərbaycan yığmasının müdafiəsini cinahlardan yarmaq daha yaxşıdır. Belə oyunlarda əsas təhlükə mənbəyi məhz oralardır. Həm də sürətli oyuna üstünlük verib qapıya çox zərbə endirmək lazımdır. Fərdi ustalığı da unutmaq olmaz. Elə həmin Arşavin istənilən oyunun taleyini təkbaşına həll etmək iqtidarındadır. Azərbaycanla oyunun hesabına gəlincə, Rusiya 3:0 hesabı ilə qalib gələcək”.
0