Hiddink problemlərlə baş-başa
26.03.2009 - 13:48
Hiddink problemlərlə baş-başa
Martın 28-də Azərbaycan milli komandası ilə qarşılaşacaq Rusiya yığması oyuna çağırılan futbolçularla bağlı problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, rəqibimiz hücuma meylli yarımmüdafiəçilərindən birini itirə bilər. Belə ki, komandasının məşqlərinə qatıla bilməyən Dmitri Torbinskinin xəstələnməsi baş məşqçi Qus Hiddinkin də narahatçılığına səbəb olub. Həkimlərin sayəsində futbolçunun qızdırmasını aşağı salmaq mümkün olsa da, yarımmüdafiəçinin hərarətinin yenidən qalxması onunla bağlı qeyri müəyyənliyə səbəb olub. İndi holland çalışdırıcı Torbinskinin durumunun necə olacağını gözləməyə məcburdur.

Andrey Arşavinin ayağındakı zədənin bərpa olunmaq üzrə olması isə çalışdırıcını sevindirsə də, qapı ilə bağlı problem Hiddinki də düşünməyə vadar edib. Millinin əsas qapıçısı olan İqor Akinfeyevin MOİK-də onunla birgə çıxış edən müdafiəçilərin Rusiya çempionatının “Tom”la qarşılaşmasındakı kobud səhvlərindən şikayətlənməsi hollandiyalını müvafiq addım atmağa məcbur edir. O, ya yığmada da aparıcı oyunçu olan müdafiəçiləri, ya da Akinfeyevi dəyişə bilər. Millinin yeni formalarının təqdimat mərasiminə İqorun əsas rəqibi gözü ilə baxılan Vladimir Qabulovun yollanmağı da qapı ilə bağlı məsələni qarışıq olduğunu təsdiqləyib.
0