“Azərbaycan milli komandası Andorradan daha yaxşıdır”
26.03.2009 - 14:14
“Azərbaycan milli komandası Andorradan daha yaxşıdır”
“Yəqin ki, Azərbaycan yığması müdafiədən oynayacaq. Bütünlükdə müdafiə olunan komandaya qarşı oynamaq isə çətindir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının futbolçusu Dmitri Torbinski deyib.

Martın 28-də keçiriləcək Rusiya – Azərbaycan oyunu ərəfəsində müsahibə verən yarımmüdafiəçi qarşılaşma ilə bağlı fikirlərini də açıqlayıb: “Rəqib haqda onu bilirəm ki, Azərbaycan yığması yaxşı komandadır. Bizə onlarla oyunda heç də asan olmayacaq. Amma istənilən halda, hər şey bizim özümüzdən asılıdır. Gücümüzü ortaya qoysaq, hər şey normal olacaq. Andorra kimi komandaları seçmə mərhələyə buraxmaq düzgün deyil. Onlar futbol oynamır, bütün matç boyu rəqiblə toqquşmalara can atır, ayaqlarına vurur və təxribata çəkirlər. Düşünürəm ki, Azərbaycan və Lixtenşteyn daha yaxşı komandalardır. Amma biz onların hər ikisini məğlub edib, altı xalı götürməliyik”.
0