Ermənilər Çempionlar Liqasında oyun alıbmış
26.03.2009 - 14:32
Ermənilər Çempionlar Liqasında oyun alıbmış
UEFA danışılmış oyunlarda iştirak edən komandaların adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Makedoniyanın “Pobeda” klubu, klubun prezidenti və futbolçularından biri görüşün nəticəsinə idman prinsiplərini pozmaqla təsir etməkdə ittiham olunur.

Belə ki, 2004-cü il iyulun 13-də Ermənistan təmsilçisi “Pünik”lə qarşılaşan makedoniyalılar öz meydanında 1:3 hesabı ilə uduzmaqla, rəqibinin Çempionlar Liqasının ikinci mərhələsinə adlamağa yardımçı olmuşdu. Bukmeker kontorlarından alınan məlumatlara əsaslanan bu ittihama uyğun qərarı UEFA Nizam-İntizam Komitəsi aprelin 17-də verəcək.
0