Pavel Poqrebnyak: Azərbaycan yığmasında yalnız Berti Foqtsu tanıyıram
26.03.2009 - 14:58
“Azərbaycan yığması haqda yalnız onu bilirəm ki, bu komandanın baş məşqçisi Berti Foqtsdur. Bundan artığı mənə məlum deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının futbolçusu Pavel Poqrebnyak deyib.
Martın 28-də keçiriləcək Rusiya – Azərbaycan oyunu ərəfəsində müsahibə verən “Zenit” klubunun hücumçusu qarşılaşmanın digər matçlardan fərqli olduğunu etiraf edib: “Bizə 3 xal qazanmaq lazımdır. Bilirəm ki, rəqib heç də ən güclü komanda deyil. Amma qarşılaşmaya tam məsuliyyətlə hazırlaşmalıyıq. Əgər matça bu qədər bilet satılıbsa, deməli, sabiq SSRİ komandalarının görüşləri qeyri-adi oyunlardandır. Təbii ki, Azərbaycan da oyuna xüsusi köklənib. Moskvaya elə-belə gəlməyiblər ki. Azərbaycan və ya Lixtenşteyn yığmalarından hansının daha təhlükəli olması haqda təsəvvürüm belə yoxdur”.

0
0