Hiddinq: Azərbaycan yığması çox şeyə qadirdir
26.03.2009 - 15:08
“Azərbaycan yığması ilə martın 28-də keçirəcəyimiz matçda çox ehtiyatlı olmalıyıq. Berti Foqtsun komandasından sürpriz gözləməyə dəyər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink deyib.
Rusiya – Azərbaycan oyunu ərəfəsində hollandiyalı çalışdırıcı yığmamız haqda fikirlərini açıqlayıb: “Amma biz buna imkan verməməliyik. Azərbaycan yığması çox şeyə qadirdir. Bunu Finlandiya ilə oyunda da gördük. Hərçənd, finlər Avropanın aparıcı çempionatlarında çıxış edirlər. Azərbaycanla Lixtenşteynə gəlincə, düşünürəm ki, onlar müdafiədə mütəşəkkil oyun sərgiləyərək, əks hücumlara bel bağlayacaq. Buna görə də taktikanı müəyyənləşdirərkən belə şeylərə nəzər salmalıyıq”.

0
0