“Neftçi” klubundan qovulan futbolçu ölümlə üz-üzə qaldı
26.03.2009 - 15:45
“Neftçi” klubundan qovulan futbolçu ölümlə üz-üzə qaldı
Həmvətənimiz Rəşad Sadıqovun “Kocaelispor”da komanda yoldaşı Levent Kartop ölümdən dönüb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, futbolçu Superliqanın ötən şənbə “Ankaraspor”la matçında çətin vəziyyətlə üzləşib. Qol vurulan anda sevincindən yıxılan Kartop komanda yoldaşlarının altında qalıb və onun qabırğaları əzilib: “Sanki o biri dünyaya getdim. Nəfəsim kəsildi, həmin an meydanda ölən futbolçular ağlıma gəldi və çox qorxdum. Gözümü xəstəxanada açdım və ardınca matçın nəticəsini öyrəndim. Bir sözlə, heç nədən dünyadan köçürdüm”.

Qeyd edək ki, Kartop vaxtilə Bakının “Neftçi” klubunun da formasını geyinib.