Yığmamız Rusiyada -5 dərəcə şaxtada məşqə çıxdı
26.03.2009 - 21:25
Futbol üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində Rusiyaya qarşı keçiriləcək oyuna hazırlıq məqsədilə bu gün Moskvada ilk məşqinə çıxıb. Apasport.az saytının Moskvaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, məşq “Lujniki” stadionunda baş tutub.
Nəhəng idman qurğusunda mətbuat nümayəndələri və azarkeşlər üçün açıq olan məşq təxminən 1 saat davam edib. Bu müddət ərzində Berti Foqtsun yetirmələri -5 dərəcə şaxta altında müxtəlif təmrinlər üzərində çalışıblar. Futbolçular toplu çalışmalar edib, müxtəlif taktiki tapşırıqları yerinə yetiriblər. Qapıçılar - Fərhad Vəliyev, Rauf Mehdiyev və Səlahət Ağayev isə komandadan ayrı çalışıblar. Onlar hazırlığı yüngül qaçışla yekunlaşdırıblar.
Məşqi AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, baş katib Elxan Məmmədov, qurumun digər rəsmiləri ilə yanaşı, 30-dək azərbaycanlı azarkeş də izləyib. Milli komandamız oyunqabağı son məşqini sabah Bakı vaxtı ilə saat 18:00-da keçirəcək.

0
0