AzTV Rusiya - Azərbaycan oyununu göstərməkdən imtina etdi
26.03.2009 - 22:12
AzTV Rusiya - Azərbaycan oyununu göstərməkdən imtina etdi
Martın 28-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində futbol yığmamızın Rusiya milli komandası ilə keçirəcəyi oyunu Azərbaycan telekanallarından heç biri yayımlamaq istəmir. Bunu AFFA-nın baş katibi Elxan Məmmədov apasport.az saytının Moskvaya ezam olunmuş xüsusi müxbiri ilə söhbətində deyib.

O bildirib ki, qarşıdakı matçı göstərməyə ən real namizəd olan AzTV telekanalı ilə danışıqlar nəticəsiz qalıb: “Təəssüf ki, indiyədək telekanalların heç birindən müsbət cavab almamışıq. Həmçinin, AzTV və “İdman Azərbaycan” rəhbərliyi də görüşü yayımlamaq istəmir. Digər telekanallarımızdan isə hələ də bizə müraciət edən olmayıb”.

Teleyayım hüququnu əldə etmək üçün 25 min manat ödəmək lazımdır.