Fərhad Vəliyev: Rusiya yığması ilə döyüşməyə hazırıq!
27.03.2009 - 10:28
Fərhad Vəliyev: Rusiya yığması ilə döyüşməyə hazırıq!
“Mən Kamran Ağayevi əvəz etməyə hazıram”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının qapıçısı Fərhad Vəliyev deyib.

Ağdamın “Qarabağ” klubunun şərəfini qoruyan 29 yaşlı qolkiper milli komandada Kamran Ağayevin əsas əvəzləyicisi sayılır. Onurğa sütunundakı problemlərə görə Rusiya ilə sabahkı oyuna aparılmayan Kamranın yerinə qapıda məhz Fərhadın yer alacağı gözlənilir. Vəliyev artıq bunu özləri üçün dəqiqləşdirən rusiyalı həmkarlarımıza açıqlamasında iddialı danışıb: “Ümid edirəm ki, Ağayevi kifayət qədər uğurla əvəzləmək bacarığındayam. Fikrimcə, mənə şans verəcəklər. Komanda yoldaşlarım isə məşqçilərin ümidlərini doğrultmağa kömək edərlər. Biz sabahkı oyuna qətiyyətlə köklənmişik və Rusiya yığması ilə döyüşməyə hazırıq”.

Qeyd edək ki, Fərhad cari seçmə mərhələdə heç bir oyunda iştirak etməyib.
0